ELM VƏ TƏHSİL
BAKIDA ELMİ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ İLƏ BAĞLI BEYNƏLXALQ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Milli Elm Fondu, ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu tərəfindən təşkil edilmiş həmin tədbirdə Azərbaycan, ABŞ, Rusiya, Özbəkistan, Gürcüstan, Türkmənistan, digər ölkələrdən olan alim və mütəxəssislər, respublikamızdakı neft şirkətlərinin nümayəndələri iştirak edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, ABŞ Dövlət Departamentinin nümayəndəsi Debra Linik, Biznes Mərkəzində treninq üzrə məsləhətçi Fira Məmmədova və başqaları seminarda çıxış etmiş, tədbirin əhəmiyyətindən danışmışlar.
Sonra “Elmi işlərin neft və qaz bölməsinə satışı”, “Elmi ideyaların kommersiyalaşdırılması”, “Kommersiyalaşdırmanın nümunəsi” və s. mövzularda məruzələr dinlənilmişdir.