Bakıda güclü külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb
Bakı, 4 aprel, AZƏRTAC
Güclü külək nəticəsində bu gün saat 15:30-a şəhərdə 20 ağac sınıb, 30-dan çox ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən AZƏRTAC-a bildiriblər ki, bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.