Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
Bakı, 28 avqust, AZƏRTAC
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısı, kənar və əsas yol, mərkəz istiqamətində;
4. “20 Yanvar” dairəsində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.