Bakıda iki avtomobilin nasaz olması yolda sıxlıq yaradıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakının Ziya Bünyadov ilə Azadlıq və Atatürk prospektlərinin kəsişməsində iki texniki nasaz avtomobilin yolda qalması digər nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaradıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd olunub ki, hazırda bu avtomobillərin yolda qalması səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.