Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakı, 30 noyabr, Əsəd Məmmədov, AZƏRTAC

Noyabrın 30-da Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti barədə danışıb. O bildirib ki, bu hadisə İslam ümməti üçün tarixi önəm daşıyır. Çünki İslam ölkələri siyasi istiqamətlərinə, məzhəb və təriqət ayrılıqlarına görə tarixən bir-biri ilə mübarizə aparıblar. Bir çox hallarda bu mübarizələr qanlı toqquşmalarla nəticələnib. Bəzi dairələr bundan öz məqsədləri üçün məharətlə istifadə edirlər. Ona görə də İslam ölkələri arasında həmrəyliyin güclü olması hazırkı vəziyyətdə olduqca vacibdir. Bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyünü deyən Fazil Güney bu məsələdə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının İslam ölkələrinin KİV-ləri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, İslam həmrəyliyinin güclənməsində medianın xüsusi rolu var. Bu cür konfranslar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm önəm kəsb edir.

Azərbaycanda mövcud olan tolerantlıq ənənələrindən danışan Umud Mirzəyev qeyd edib ki, xalqımız başqa dinlərə, dillərə, mədəniyyətlərə həmişə xüsusi hörmətlə yanaşır. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov tədbirdə iştirak etmək üçün Misirdən gələn jurnalistlərdən ibarət nümayəndə heyətini salamlayaraq bildirib ki, bu gün Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələr inkişaf etməkdədir. Media sahəsində də iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün bu cür səfərlərin təşkili və intensivləşdirilməsi olduqca vacibdir.

Bəhruz Həsənov qeyd edib ki, zəngin tarixi irsə malik Azərbaycan İslam sivilizasiyasının formalaşmasında yaxından iştirak edən ölkədir. Azərbaycanda ilkin islami abidələr kimi inşa olunan məscidlərin və ziyarətgahların olduğunu deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı bildirib ki, xalqımız və dövlətimiz tərəfindən bütün tarixi və dini abidələr qorunub saxlanılır.

“Tarixboyu Azərbaycanda dinlərarası və məzhəblərarası həmrəylik mövcud olub. Deyə bilərik ki, Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yarada bilib. Azərbaycanın bu təcrübəsi İslam aləmində diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Azərbaycanda fərqli məzhəblərə mənsub olan insanların eyni məsciddə birgə ibadət etmələri dünyadakı islamofob dairələrə verilmiş ən gözəl cavabdır”, - deyə o qeyd edib.

Bəhruz Həsənov bildirib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə ölkəmizdəki məzhəblər arasında olan dialoqun gücləndirilməsi deyil, eyni zamanda, dünyada İslam ölkələri arasındakı həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam ölkələri arasında dialoqun gücləndirilməsinə öz töhfəsini verib.

Azərbaycanın terrorun bütün təzahürlərini qətiyyətlə pislədiyini bildirən Prezident Administrasiyasının əməkdaşı qeyd edib ki, İslam dini sülh, mərhəmət dinidir. Bu din terrorla eyniləşdirilməməlidir. Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri, eləcə də İslam sivilizasiyasının ilk nümunələrindən olan məscidlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bu, ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də təsdiq olunub.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ikitərəfli formatda qarşılıqlı faydalı əlaqələrinin olduğunu bildirən Bəhruz Həsənov ölkəmiz haqqında həqiqətlərin, xüsusilə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı informasiyaların İslam ölkələrinin kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılmasının vacibliyini diqqətə çatdıraraq deyib: “Bu işdə Azərbaycan mediası İslam ölkələrinin KİV-ləri ilə birgə əməkdaşlığı daha da gücləndirməlidir. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması da bu məqsədə xidmət edir”.

Bəhruz Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının gələcəkdə sosial mediada da vahid formada fəaliyyətinin təmin olunmasının vacibliyini ifadə edib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin tarixi addım olduğunu vurğulayaraq deyib ki, Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada müxtəlif məzhəblərin nümayəndələri birgə ibadət edirlər. Azərbaycanın bu nailiyyəti digər İslam ölkələrində də geniş təbliğ olunmalıdır.

Konfransda məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. O bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi mədəni müxtəlifliyin tanınması və təbliği məqsədi daşıyırdısa, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması İslam sivilizasiyasında həmrəyliyə çağırışdır. “Multikulturalizm İli”nin ardınca “İslam Həmrəyliyi İli”nin elan olunması məntiqi ardıcıllıq kimi qəbul olunmalıdır. “İslam Həmrəyliyi İli”nin elan olunması əslində İslamın özündə müxtəlifliyin olmasının tanınmasıdır. Ancaq bu müxtəlifliklər bizi bir-birimizdən ayıracaq müxtəlifliklər deyil. “İslam Həmrəyliyi İli”nin elan olunmasında daha bir əsas məqsəd ölkəmizdə mövcud olan ən yaxşı örnək dəyərlərin dünyaya çatdırılmasından ibarətdir. O deyib: “Tarixən Azərbaycanda heç vaxt sünni və şiə məscidləri ayrı olmayıb. İnsanlar ibadətlərini birgə edirlər. Düşünürəm ki, ölkəmizdəki bu cür nadir dəyərlərin dünyaya çatdırılması çox vacibdir və bu məsələdə medianın xüsusi yeri var”.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı, xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev bildirib ki, əsas vəzifə İslam dini əleyhinə yönəlmiş islamofob meyillərə qarşı İslam dünyasının birgə fəaliyyətinin təşkil olunmasına yardım etməkdir.

İslam ölkələrinin KİV-lərində Azərbaycanla bağlı həqiqətlərin geniş təbliğinə ehtiyac olduğunu bildirən Şahin Abdullayev deyib: “İslam KİV-lərinin nümayəndələrini ölkəmizə dəvət etməklə, doğru məlumatlar təqdim etməklə əlaqələri genişləndirmək lazımdır. Çünki onlar ölkəmizlə bağlı həqiqətləri öz gözləri ilə gördükdən sonra onlarda Azərbaycanla bağlı müsbət fikirlər formalaşacaq. İslam amili çox güclü amildir. KİV-lər isə ictimai fikrin formalaşmasında mühüm rola malikdirlər”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Misirdən olan nümayəndə heyətinin Azərbaycana səfərinin və bu konfransda iştirakının gələcək əməkdaşlıq üçün önəmli olduğunu bildirib. Vüqar Rəhimzadə bildirib ki, İslam ölkələri və bu ölkələrin KİV-ləri üçün həmrəylik ən başlıca vəzifələrdən biri olmalıdır. Bu gün bəzi qüvvələrin İslama qarşı aqressiyası müşahidə olunmaqdadır. Bəzi İslam ölkələri, o cümlədən Azərbaycan da bu aqressiyadan əziyyət çəkir. Avropada və bir sıra digər ölkələrdə islamofob meyillərin güclənməsi bizi çox ciddi narahat edir. Məhz belə bir zamanda İslam ölkələrinin bütün jurnalistlərinin həmrəyliyi çox vacibdir. Ona görə də birlikdə əlaqəli şəkildə fəaliyyət göstərməyimizə çox ciddi ehtiyac var.

Tədbirdə çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, Mərakeşin səfiri Muhammad Adil Embarş, Misirin “Əxbar Əl-Yaum” qəzetinin baş redaktoru Rufat Fayyad, İranın Azərbaycandakı səfirliyinin əməkdaşı Ağayi Nəcəfi, Səudiyyə Ərəbistanının səfirliyinin əməkdaşı Rasim Abdulla İslam ölkələri arasında həmrəyliyin önəmini, həmrəyliyin möhkəmləndirilməsində isə medianın rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, bu gün İslam dünyası inkişafa nail olmaq, terrorizmin qarşısını almaq kimi yeni çağırışlarla üz-üzədir. Bəzi dairələr müxtəlif yollarla dünyada mövcud olan islamofob meyilləri gücləndirməyə çalışırlar. Bu cür meyillərin gücləndiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çox önəmli bir çağırış oldu. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam dünyasının birliyinin güclənməsinə mühüm töhfə verdi.

Çıxışçılar İslam ölkələrinin jurnalistlərinin həmrəyliyinin vacibliyini bildiriblər. Onlar bu cür konfransların təşkilinin, aparılan müzakirələrin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlığa töhfə verəcəyinə, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə önəmli platformaya çevriləcəyinə əminliklərini ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib