BAKIDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ KONFRANSDA LİZİNQİN İNKİŞAFI MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ
Konfransın keçirilməsindən məqsəd yerli və xarici sərmayədarları Azərbaycanda lizinq xidmətləri bazarının stimullaşdırılmasına, həmçinin bu sektorun maliyyələşdirilməsinə cəlb etməkdir. Konfransda Azərbaycanın lizinq qanunvericiliyinin problem və perspektivləri, lizinq sektoruna sərmayə qoyulması məsələləri, lizinqin maliyyə xüsusiyyətləri, lizinq əməliyyatlarının vergilərə cəlb edilməsi məsələləri müzakirə olunacaqdır. Tədbirdə həmçinin, lizinq qanunvericiliyinə son dəyişikliklər təhlil olunacaq, bunların Azərbaycanda lizinqin inkişafına müsbət təsiri haqqında müzakirələr aparılacaqdır.
Konfransda dövlət orqanlarının, beynəlxalq təşkilatların, maliyyə qurumlarının və özəl sektorun nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]