Bakıda keçirilən dünya çempionatında növbəti medallar sahibini tapıb
Bakı, 28 avqust, AZƏRTAC
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında növbəti qaliblər müəyyənləşib.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə qızıl medalı 587 xalla Polşanı təmsil edən Masiey Kovaleviç qazanıb. İkinci yerə 586 xalla digər Polşa idmançısı Tomaş Bartnik yiyələnib. Bürünc medal Tomaşla eyni sayda xal toplayan isveçrəli Paskal Baxmanna qismət olub.
Komanda növündə İsveçrə birinci, Avstriya ikinci, Norveç üçüncü olub.
Qadınlar arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə qızıl medal 581 xal yığan norveçli atleti Katrin Lunda qismət olub. Gümüş medal sevincini 579 xalla Polşadan Karolina Romançik yaşayıb. Romançik qədər xal yığan İsveçrə atleti Silviya Quiqnard Şnayder isə üçüncü yeri tutub.
Komanda növündə Norveç birinci, İsveçrə ikinci, Almaniya üçüncü pilləyə sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]