Bakıda “Ordum varsa, yurdum var” adlı tədbir keçiriləcək
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində “Ordum varsa, yurdum var” adlı tədbir keçiriləcək. Tədbir F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə reallaşacaq.
Respublika Uşaq Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi yeniyetmələrdə milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək, onlarda vətənpərvərlik eşqini daha da alovlandırmaq, müstəqillik, azadlıq uğrunda mücadilələri xatırlatmaq və hərbi vətənpərvərlik tərbiyəsi işində onlara dəstək olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [14:57]
BMT tədbirində “ASAN xidmət” modeli təqdim olunub
- 07.09.2026 [14:51]
SOCAR-ın vitse-prezidenti: Metan emissiyalarını azaltmaq daha asandır
- 07.09.2026 [14:22]