Bakıda Qafqaz yəhudilərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Bakı, 25 iyun, AZƏRTAC
Avqustun 30-31-də Bakıda “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans STMEGI Beynəlxalq Xeyriyyə Fondu və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olacaq. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin platformasında keçiriləcək.
AZƏRTAC stmegi.com saytına istinadla xəbər verir ki, Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan 60-dan çox tədqiqatçı tədbirdə iştirak etmək üçün artıq müraciət edib. Planlaşdırılan məruzələr aşağıdakı mövzuları əhatə etməlidir: icma və ailə; icmalararası münasibətlər; sosial-iqtisadi status; ədəbiyyat, yaradıcılıq və səhnə sənəti; əlyazmalar və teologiya; milli və etnik özünü identifikasiyalar; cuuri dili, onun statusu və tədqiqatlar; yəhudi dilləri və yerli dialektlər; multikulturalizm; gender araşdırmaları; sionist hərəkat və İsrailə repatriasiya; İkinci Dünya müharibəsi və Fəlakət; coğrafi ölçü.
Konfransın təşkil edilməsində Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzi (İsrail), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Akademik Aşkelon Kolleci (İsrail), STMEGI Beynəlxalq Xeyriyyə Fondu iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]