BAKIDA TRANZİT MİQRASİYASINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yost van der Aalsta iştirakçıları qurumun hazırladığı “Növbəti Dayanacaq...” adlı hesabatı ilə tanış etmişdir. O, hesabatda tranzit miqrasiyasının səbəblərinin, marşrut və metodlarının ətraflı şəkildə təhlil edildıyıni, Azərbaycan hökumətinin, habelə bütün maraqlı tərərflərin tranzit miqrasiyasının səbəblərinin öyrənilməsi üçün lazımi məlumatlarla təmin olunduğunu bildirmişdir. Hesabata görə, Azərbaycanın tranzit ölkə kimi seçilməsi, əsasən, tranzit miqrantların əksəriyyətinin vətənlərinin Azərbaycanla coğrafi yaxınlığı və bu ölkələrin mədəniyyətlərinin oxşarlığı ilə bağlıdır.
Ötən il aparılmış tədqiqatlardan məlum olmuşdur ki, qanunsuz miqrantların əksəriyyəti saxta sənədlərdən və sərhədlərin qeyri-qanuni keçidini təşkil edən vasitəçilərin xidmətlərindən istifadə etmişlər. Azərbaycanda yaşayan miqrantların, təxminən, üçdə bir hissəsi ölkəyə qeyri-qanuni yolla gəlmişdir.
BMqT-nin təqdim etdiyi hesabata əsasən, tranzit miqrantların 92 faizi ölkəmizdə bir ildən artıq vaxt keçirdiklərini təsdiq etmişlər. Tənzimlənməyən miqrantların çoxu (58 faiz) ölkədə nə qədər qalacaqları barədə qəti fikirdə olmadığını, 25 faizi isə bu il ərzində Azərbaycanı tərk etmək istədiyini bildirmişdir.
Tədbirdə Azərbaycanın ərazisi ilə tranzit miqrasiya probleminin daim hökumətin və ictimaiyyətin narahatlığına səbəb olduğu, bu məsələnin daha geniş araşdırılmasının vacibliyi vurğulanmışdır.