CƏMİYYƏT
Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanılıb VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq polis bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus 3 patron və daraq aşkarlanaraq götürülüb.
Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.
Toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]