Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib
Bakı, 5 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 metr/saniyə, Neftçala, Gəncədə 20 metr/saniyə, Şəkidə 18 metr/saniyə, Mingəçevirdə 17 metr/saniyə, Tərtərdə 15 metr/saniyəyədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-də 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:03]
Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]