Bakıda yaşıl iqtisadiyyat üzrə Azərbaycan-Latviya biznes forumu keçirilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). İyulun 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaşıl iqtisadiyyat üzrə Azərbaycan-Latviya biznes forumu işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, forumu giriş sözü ilə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov açaraq, ölkəmizin iqtisadi uğurları və həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 2009-cu ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” çərçivəsində keçirilən tədbirdə hər iki ölkənin ətraf mühitin mühafizəsi ilə məşğul olan şirkət nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılacaqdır. Nazir H.Bağırov forumun işinə uğurlar arzulamışdır.
Latviya Respublikasının ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis biznesin təbiətə təsirindən, ölkələrimiz arasındakı dostluq əlaqələrindən və ətraf mühitin mühafizəsinə yönəlmiş forumun əhəmiyyətindən danışmışdır.
Azərbaycan və Latviya şirkətlərinin təqdimatı olmuşdur. Ətraf mühit sahəsində ən müasir və qabaqcıl texnologiyaların tətbiqi üzrə müzakirələr aparılmışdır.
Forum iyunun 8-dək davam edəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]