Bakıda “Yeni il və Həmrəylik” devizi altında veloyürüş keçirilib VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyasının, “Ladies on Bikes" xanımların həvəskar velosiped klubunun, Azərbaycan Talassemiya Federasiyasının (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yeni il və Həmrəylik” devizi altında veloyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, veloyürüşə Azadlıq meydanından start verilib. “Ağ şəhər” bulvarınadək hərəkət edən yürüş iştirakçıları “Port Baku”nun qarşısında yürüşü başa vurublar.
Yürüşün yekununda Şaxta baba və Qar qız tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə Yeni il münasibətilə hədiyyələr təqdim olunub.