BAKIDA YENİ İNŞA OLUNMUŞ TENNİS AKADEMİYASINDA SON TAMAMLAMA İŞLƏRİ GEDİR
Bakı, 25 aprel (AZƏRTAC). Mayın 5-də Bakıda yeni inşa olunmuş Tennis Akademiyasının açılışı olacaqdır. Azərbaycan Tennis Federasiyasından bildirmişlər ki, bu idman qurğusunda son tamamlama işləri gedir. Akademiyada 5 bağlı və 6 açıq kort fəaliyyət göstərəcəkdir. Mərkəzi kort bağlı obyekt olmaqla 400 nəfər tamaşaçı tutumuna malik olacaqdır. Digər kortlar isə məşq üçün nəzərdə tutulmuşdur. Yaxın gələcəkdə 3 min nəfər tamaşaçı tutumu olan daha bir yay kortunun inşasına başlanacaqdır.
Akademiyada hovuz, qazanxana, VİP zallar, soyunub-geyinmə otaqları artıq tam hazırdır. Buranın yetirmələri tennisin sirlərinə peşəkar mütəxəssislər tərəfindən yiyələnəcəklər. Akademiyada xaricdən dəvət olunmuş məşqçilər dərs deyəcəklər.
Açılış mərasiminə Beynəlxalq Tennis Federasiyasının rəsmiləri də dəvət olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]