BAKIDA YENİYETMƏ ŞAHMATÇILAR ARASINDA BEYNƏLXALQ TURNİR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Bakıda uşaqlar arasında “HP-Makkabi” II beynəlxalq şahmat turniri start götürəcəkdir.
Şahmat Federasiyası, “Hewlett Packard” şirkətinin Azərbaycan nümayəndəliyi və “Makkabi-Azərbaycan” Mədəni-İdman Birliyi tərəfindən təşkil olunan turnirdə 1996-99-cu il təvəllüdlü uşaqlar güclərini sınayacaqlar.
Yarışda Azərbaycan, Hindistan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan və İsraili təmsil edən 36 gənc şahmatçı iştirak edəcəkdir.
İsveçrə sistemi üzrə keçiriləcək yarışın qalibi “Makkabi-Azərbaycan” Mədəni-İdman Birliyini beynəlxalq səviyyədə təmsil etmək hüququnu qazanacaqdır. Bundan əlavə, 1-ci, 2-ci və 3-cü yerləri tutan şahmatçılar HP şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]