BAKIDA “ZİYA İNCƏSƏNƏT SALONU” AÇILMIŞDIR
Qeyd olunmuşdur ki, tamamilə yerli sərmayə hesabına fəaliyyət göstərən şirkət Azərbaycanda tətbiqi xalq sənətinin inkişafı üzrə layihələr həyata keçirir.
Salonda müasir Azərbaycan sənətkarlarının əl işləri, milli musiqi nümunələri yazılmış disklər, bölgələr haqqında müxtəlif xarici dillərdə nəşr edilmiş kitablar və digər tətbiqi sənət əsərləri nümayiş etdirilir və alıcılara təklif olunur.