Bakıdakı Rus evində rus dili müəllimlərinin görüşü keçirilib
Bakı, 28 avqust, AZƏRTAC
Yeni tədris ili ərəfəsində Bakıdakı Rus evində seminar keçirilib. Tədbirdə 2022-2023-cü tədris ilinə yekun vurulub və yeni tədris ilində gələcək işlərin perspektivləri müəyyən edilib.
Seminarda Azərbaycanda iyirmi beşinci ildir ki, keçirilən “Puşkiniana 2023” layihəsinə xüsusi diqqət yetirilib. Layihədə respublikanın şəhər və rayonlarından məktəblilər, eləcə də Rusiya, Belarus, Qazaxıstan, Türkiyə və Fələstindən olan şagirdlər və tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı diqqətçəkən mövzulardan biri də gənc nəslin mənəvi-əxlaqi tərbiyəsi, layihə iştirakçılarının coğrafiyasının genişləndirilməsi olub.
Həmçinin Bakı, Gəncə və Şamaxıdan olan müəllimlər Rusiyanın humanitar missiyasının “Azərbaycanda rus dili - yeni üfüqlər” beynəlxalq müsabiqəsinin qalibləri üçün təşkil etdiyi Moskva səfəri ilə bağlı təəssüratlarını bölüşüblər.
Müsabiqə çərçivəsində rusşünaslıq müəllimləri üçün tədris-metodiki seminar, respublikanın şəhər və rayonlarının məktəbliləri arasında oxucu müsabiqəsi və s. təşkil edilib.
Seminara Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina yekun vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]