Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
Bakı, 29 mart, AZƏRTAC
Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində 33 ölkənin idmançıları iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ən çox iştirakçı yunan-Roma güləşində olacaq. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.
Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək.
Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaq.
“İticket” vasitəsilə bilet satışı davam edir. Artıq satışa çıxarılan biletlərin 1/3-i satılıb.
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat Turnirində hər çəkidə iki güləşçi “Paris-2024”ə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [23:30]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]