Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakıdan Londona” - Britaniyada yaşayan azərbaycanlı pianoçu ilə MÜSAHİBƏ

“Bakıdan Londona” - Britaniyada yaşayan azərbaycanlı pianoçu ilə MÜSAHİBƏ

London, 8 aprel, AZƏRTAC

Bugünkü müsahibimiz Günel Mirzəyeva Bakıda anadan olub və musiqi təhsilinə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlayıb. O, 19 yaşında Londona köçərək dünyanın aparıcı musiqi təhsil ocaqlarından biri olan Guildhall Musiqi və Dram Məktəbinə tam təqaüdlə qəbul olunub. Hazırda Böyük Britaniyada yaşayan pianoçu İohann Sebastyan Baxın yaradıcılığını Azərbaycan muğamı ilə birləşdirən fərdi layihələri ilə Avropa səhnələrində çıxış edir. O, AZƏRTAC-ın London bürosuna verdiyi müsahibədə musiqi yolu, milli kimliyinin yaradıcılığına verdiyi ruh və özünəməxsus yaradıcılıq baxışından söz açıb.

– Piano ilə tanışlığınız necə baş verdi? Azərbaycanda aldığınız musiqi təhsili sizin şəxsiyyətinizin və yaradıcılığınızın formalaşmasında hansı rolu oynayıb?

– Mənim piano ilə tanışlığım Bakıda başlayıb. İlk dəfə bir neçə ay Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində oxudum, daha sonra isə anam məni 1994-cü ildə məşhur Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qoydu. Orada 11 il təhsil aldım. Anam özü rəssamdır və incəsənətə, musiqiyə böyük sevgisi olub. O, mənə və bacıma sənət yolu arzulayırdı. Ailəmizdə heç kim musiqi alətində ifa etməsə də, valideynlərimiz bizim təhsilimizə və mədəni inkişafımıza böyük diqqət göstərirdilər. Hətta musiqi məktəbində oxuyarkən bir neçə il şahmatla da məşğul olmuşam. Daha sonra bacım skripka ilə məşğul olmağa başladı.

Azərbaycanda aldığım musiqi təhsili və tərbiyəsi ümumilikdə 11 il davam etdi. Uşaqlıqdan etibarən mütəmadi şəkildə konsertlərə, musiqi gecələrinə, balet və opera tamaşalarına aparılırdıq. Bundan əlavə, Rostropoviç və Bella Davidoviç kimi əfsanəvi musiqiçilər tez-tez Bakıya gəlir və ustad dərsləri verirdilər. Bu tədbirlər yaddaşımda çox canlı qalıb və indiyə qədər böyük sevgi ilə xatırlayıram.

Bacımla birlikdə biz tez-tez konsertlər verirdik, Bakı Musiqi Akademiyasının zalında, daha sonra isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında tez-tez çıxış edirdik. Yay aylarında isə atamla Azərbaycanın müxtəlif bölgələrinə səyahət edirdik – o, əslən İsmayıllı rayonundandır. Ona görə də Azərbaycan təbiətinin gözəlliyini, xüsusilə Qafqaz dağlarını hər zaman musiqi ilə, xüsusilə Baxın əsərləri ilə əlaqələndirmişəm.

Bu mədəni zənginliklə yanaşı, musiqi tərbiyəm həm də ciddi intizam üzərində qurulmuşdu. Biz çox çalışırdıq, hələ uşaq yaşlarımızdan peşəkar musiqiçi olmağı qarşıya məqsəd qoymuşduq və bu yolda tam sadiqliklə irəliləyirdik. Ətrafımdakı dostlarım və sinif yoldaşlarım da çox istedadlı musiqiçilər idilər. Belə bir mühitdə formalaşmaq mənim üçün böyük üstünlük oldu.

– Musiqinin həyatınızın əsas hissəsinə çevriləcəyi anı xatırlayırsınızmı?

– Bəli, bu, 14 yaşımda baş verdi. Həmin il bacım Nigar Londonda yerləşən Yehudi Menuhin məktəbində təhsil almağa dəvət aldı və düşündüm ki, əgər çox çalışsam, bir gün bu cür imkanlar mənim üçün də açıla bilər. Xüsusilə də ona görə ki, Bülbül adına musiqi məktəbində aldığım təhsil möhtəşəm idi – orada mənə güclü musiqi bazası verən əla müəllimlərim oldu. Xüsusilə də piano müəllimim Tatyana Ryabuha - o, bu gün də həmin məktəbdə dərs deyir. O, mənə qəlbini, ruhunu və vaxtını sərf etdi və bu da məndə musiqiyə olan sevgini alovlandırdı. Bu sevgi ildən-ilə daha da gücləndi.

Müxtəlif konsertlərdə çıxış etməyə başladım və Azərbaycanda bir neçə müsabiqədə qalib oldum. Bu cür imkanlar məni daha da ruhlandırdı. 2006-cı ildə Bakı Musiqi Akademiyasında Yuri Sabayevlə bir neçə ay təhsil aldığım müddətdə Londondakı Guildhall Musiqi və Dram Məktəbinə sənəd verdim. Qəbul imtahanımdan sonra dərhal həmin məktəbdən mənə tam təqaüd təklif edildi və Londona köçmək imkanı yarandı. Elə həmin il də Londona köçdüm – o vaxtdan etibarən Birləşmiş Krallıq mənim evimə çevrildi və burada yeni bir həyat başladı.

– Sizi məhz İohann Sebastyan Baxın yaradıcılığına cəlb edən nə oldu?

– Mən İohann Sebastyan Baxın musiqisini ilk gündən ifa etmişəm. İlk əsərlərimdən biri onun Do major invensiyası idi. Demək olar ki, bütün həyatım boyu, bəlkə də hər gün Baxın musiqisini ifa etmişəm. Müəllimim Tatyana Ryabuha daim Bax üzərində çalışmağımı təkid edirdi – bu, əvvəllər mənə o qədər də maraqlı gəlmirdi. Amma kiçik yaşlarımdan kitabları, tarixi və ədəbiyyatı sevən biri kimi zamanla anladım ki, Baxın musiqisi özünəməxsus bir kainatdır. Onun musiqisini ifa edən böyük sənətkarları – Glenn Gould və Tatyana Nikolayevanı dinləməyə başladım və nəticədə başa düşdüm ki, mən də bu əsərlərə öz səsimi, öz yozumumu qata bilərəm. Bu hiss illərlə Bakıda və sonradan Londonda Baxın musiqisini ifa etdikdən və araşdırdıqdan sonra tam mənası ilə formalaşdı.

19 yaşımda Londona köçdükdən sonra onun musiqisi haqqında biliklərimi daha da genişləndirdim və bu mövzuya tam şəkildə qərq olmağa qərar verdim. Almaniyaya səyahət etdim, Guildhall Musiqi və Dram Məktəbində bir çox professorlarla çalışdım, Leypsiqdə Bax üzrə ustad dərslərində və müsabiqələrdə iştirak etdim. Sonra maraqlı Bax proqramları hazırlamağa başladım və nə vaxt ki, özümü hazır hiss etdim, təcrübələrə başladım – onun musiqisinə əsaslanan öz improvizasiya və rekonstruksiya əsərlərimi yaratmağa başladım.

Baxı ifa etmək sanki bir marafona bənzəyir. Burada ənənəvi ilə yenini, çətini və sadəni, komediyanı və faciəni tarazlaşdırmaq lazımdır. Mən həyatda sevdiyim və bacardığım bir işi tapdığım üçün özümü şanslı hesab edirəm. İohann Sebastyan Bax mənim Şimal ulduzumdur!

-Britaniya və Azərbaycan - iki mədəniyyətin kəsişməsində formalaşan musiqi yolunuzun sənət dünyanıza təsirini necə izah edərdiniz?

-Bu il mənim üçün xüsusi əhəmiyyət daşıyır. Artıq həyatımın yarısını rəsmi olaraq Birləşmiş Krallıqda yaşamışam. Azərbaycanlı kimliyim mənim köklərimdir – uşaqlığımı və gəncliyimi simvollaşdırır. Azərbaycan mənə şəxsiyyət kimi formalaşmağım üçün lazım olan hər şeyi verib – ailə, tarixi köklər, zəngin mədəniyyət və təhsil. Britaniya kimliyim isə mənim formalaşma və yetkinlik dövrümə təsir edib, bir çox mənada xarakterimin formalaşmasına səbəb olub. Burada yaşamaq mənim üçün çoxlu qapılar açdı. Əla təhsil aldım, dünyanın hər yerindən dostlar qazandım, ən yaxşı qalereya, muzey və konsert zallarına çıxış imkanım oldu. Mən bu iki tərəfi balansda saxlamağa çalışıram və fəaliyyətimdə həm azərbaycanlı, həm də britaniyalı/avropalı dəyərləri birləşdirməyə səy göstərirəm. Belə bir vəziyyətdə olduğum üçün özümü çox şanslı və imtiyazlı hiss edirəm.

-Azərbaycan musiqi kökləri, xüsusilə muğam və xalq ritmləri sizin Qərb klassik musiqisinə yanaşmanıza necə təsir edib?

-Çox gözəl sualdır. Düşünürəm ki, bu köklər mənim klassik Qərb musiqisinə, xüsusilə də Baxın yaradıcılığına olduqca yaradıcı və fərdi yanaşmamda mühüm rol oynayıb. Azərbaycan musiqisi olduqca zəngindir. Hesab edirəm ki, biz təbiətən musiqiliyik – bu, sanki genetikamızda var. Xalq və milli musiqi ənənələrinin zənginliyi mənim Qərb klassik bəstəkarlarını anlama və ifadə etmə tərzimi formalaşdırıb.

Düşünürəm ki, məhz bu səbəbdən Azərbaycan bir çox yaradıcı ifaçılar və xüsusilə bəstəkarlar yetişdirib. Mən də, nəhayət, klassik repertuara bu cür yanaşmağa qərar verdim: onu bəzəmək, ornamentləşdirmək, improvizə etmək, Mosart və ya Baxın musiqisində yeni kadenza hissələri yaratmaq. Əslində, bu, Qərb bəstəkarlarının da öz dövrlərində niyyət etdiyi bir yanaşmadır. Belə bir fərdi yanaşma, dəyişiklik etməyə və klassik repertuara öz möhürümü vurmağa olan cəsarətim məhz mənim azərbaycanlı mədəni köklərimdən qaynaqlanır. Ola bilər ki, Barokko musiqisinə xüsusi marağım da buradan gəlir. Bu dövrün musiqisi muğam və caz kimi ifaçıya azadlıq verir: əlavə etmək, dəyişmək, mətnlə oynamaq və onu yenidən kəşf etmək imkanı yaradır.

– Azərbaycan musiqisinə xas elementlər- muğam və ya milli ritmlər sizin ifanızda öz əksini tapırmı? Xaricdə çıxışlarınızda Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmisinizmi? Onlar necə qarşılanır?

– Əlbəttə! 2020-ci ildə Londondakı Guildhall Musiqi və Dram Məktəbində doktorantura təhsilimi tamamladım. Tədqiqatımda müasir ifaçılıq təcrübələrində klassik Qərb və Azərbaycan improvizasiya ənənələrinin müxtəlif təzahürlərini, xüsusilə də Baxın klaviatura alətləri üçün yazılmış musiqi əsərləri üzərindən araşdırdım. Bu araşdırma müddətində mən Kanadadakı Banff İncəsənət və Yaradıcılıq Mərkəzinə və Parisdəki Cité Internationale des Arts rezidensiyasına dəvət aldım. Bu imkanlar mənə yeni musiqi layihələri üzərində düşünmək və Baxın musiqisini muğamla birləşdirərək yaradıcı interpretasiyalar inkişaf etdirmək üçün ilham verdi.

2023-cü ildə “Bach-Muğam” adlandırdığım bu mədəniyyətlərarası kompozisiya layihəsi “Help Musicians UK” tərəfindən “Musiqi Yazmaq və Buraxmaq” qrantına layiq görüldü. Bu layihəni Böyük Britaniya və Avropada bir sıra konsertlərdə ifa etməyə başladım. Bu yay Londonda təxminən 12 konsertim olacaq və həmin layihə ilə çıxış edəcəyəm. Eyni zamanda, daha “Qərbyönümlü” rekonstruksiya edilmiş Bax layihələrimi də təqdim edəcəyəm. Gələn həftə bu proqramı İsveçrədə ifa edəcəyəm.

Yalnız bir neçə gün öncə Mosartın “Türk marşı” əsərini Azərbaycan xalq rəqsi elementləri ilə yenidən işlədim və onu gələn ay Londonda ilk dəfə səhnəyə çıxaracağam. Tədqiqatlarım zamanı Qara Qarayevin, Firəngiz Əlizadənin və Fikrət Əmirovun musiqisini ifa etdim və öyrəndim. Bu əsərlər həmişə böyük maraq və həvəslə qarşılanıb. Dünyanın müxtəlif yerlərində Azərbaycan klassik musiqisini təqdim etmək mənim üçün böyük şərəfdir və bu, hər zaman belə olacaq.

-Sizcə, Azərbaycan mədəniyyəti dünya klassik musiqi səhnəsində hansı rolu oynaya bilər?

– Mən inanıram ki, Azərbaycan musiqi və incəsənət səhnəsində getdikcə daha qlobal rol oynayır. Dünyanın müxtəlif ölkələrində azərbaycanlı ifaçı və sənətçilərin çalışdığını, uğur qazandığını görmək məni çox sevindirir. Beynəlxalq auditoriyanın bizim zəngin musiqi irsimiz haqqında məlumatlı olması və ölkəmizin bu sahədə təmsil olunması çox vacibdir. Öz fəaliyyətimdə bunu etməyə çalışıram. Çox sayda konsert verirəm və hər birini tamaşaçılara Azərbaycan klassik musiqisi və ya onun Qərb musiqisinə təsiri haqqında nəsə çatdırmaq üçün fürsət kimi dəyərləndirirəm.

Mən, həmçinin Westminster Universitetində Musiqi Biznesi Menecmenti üzrə təhsil almışam. Bu sahədə də gələcəkdə çalışmaq niyyətindəyəm. Məqsədim odur ki, azərbaycanlı sənətçilərin öz musiqilərini və sənətlərini beynəlxalq səviyyədə tanıtmasına dəstək olum.

-Beynəlxalq səviyyədə karyera arzulayan gənc azərbaycanlı musiqiçilərə nə demək istərdiniz?

– İntizamlı olun, açıq olun, qarşınıza çıxan bütün imkanlara “bəli” deməkdən çəkinməyin. Əgər beynəlxalq səviyyədə çıxış etmək arzusundasınızsa, bu yolda irəliləmək üçün mübarizə aparın və nəticələri dərhal görmədiyiniz zaman belə ruhdan düşməyin. Eyni zamanda, konsert proqramlarınızı qurarkən və ya sənət yolunuzu seçərkən öz fərdiliyinizdən çəkinməyin. Sizi həyəcanlandıran musiqi istiqamətini tapın və o sahədə mütəxəssis olun.

Dünya yaradıcı beyinlərə ehtiyac duyur. Biz sənətçilər görünməyənlə görünəni birləşdirən körpüyük. Düşünürəm ki, insanın həqiqətən sevdiyi bir işdə mükəmməlliyə nail olması qədər həyəcanverici bir şey yoxdur. Bu, nə olursa-olsun. Azərbaycanın olduqca zəngin bir tarixi, mədəniyyəti və musiqisi var – yaradıcılığınızı formalaşdıran bu amillər gec-tez sizi gözəl bir yerə aparacaq.

-Gələcək planlarınız nələrdir?

– Hazırda ilk albomum üzərində işləməyə hazırlaşıram. Eyni zamanda, İohann Sebastyan Baxa həsr olunmuş irihəcmli və iddialı bir kinematoqrafik layihə üzərində də çalışıram. Əgər oxucularınızdan hər hansı biri bu yaz və yay aylarında Londonda olarsa, fürsətdən istifadə edib onları konsertlərimə dəvət etmək istərdim. 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır