BAKILILAR BRAZİLİYA YIĞMASINI ÇEMPİONLUĞA ƏSAS NAMİZƏD HESAB EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Bakıda müxtəlif yaş qrupları üzrə 100 nəfər arasında keçirilmiş sorğunun yekunlarına görə, rəyi soruşulanların 48 faizi Braziliya komandasının 6-cı dəfə dünya kubokunu qazanacağına inanır. Sorğuda iştirak edənlərin 20 faizi çempionatın təşkilatçısı Almaniya millisini, 12 faiz isə İngiltərə komandasının kuboku başı üzərinə qaldıracağına ümid edir. Sorğuda İtaliya, Hollandiya, Fransa və İspaniya komandalarının adları da çəkilmişdir.
Braziliyalı Ronaldinyo (46 faiz) bakılı futbol pərəstişkarlarının ən sevimli oyunçusudur. İkinci yeri onun həmyerlisi Ronaldo (18 faiz), üçüncü yeri isə İngiltərə millisinin kapitanı Devid Bekhem (16 faiz) tutur. Respondentlərin bəyəndiyi oyunçular arasında Andrey Şevçenko (Ukrayna), Zinəddin Zidan (Fransa), Aryen Robben (Hollandiya), Luiş Fiqu (Portuqaliya), Françesko Totti (İtaliya) və Mixael Ballak (Almaniya) da vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]