Bakının bəzi yollarında sıxlıq müşahidə edilir
Bakı, 15 dekabr, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə edilir:
1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Bakı-Sumqayıt şosesi, metro “20 Yanvar” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.