Bakının bəzi yollarında sıxlıq yaranıb SİYAHI
Bakı, 23 yanvar, AZƏRTAC
Bakının bir sıra yollarında sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla paytaxtın hazırda sıxlıq müşahidə edilən yollarının siyahısını təqdim edir:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Bülbül prospekti, "Sahil" metrostansiyasının qarşısında;
14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində.