Bakının Zığ qəsəbəsi yaxınlığındakı ərazi məişət tullantılarından təmizlənmişdir
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 5 İyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Bakının Zığ qəsəbəsi yaxınlığındakı ərazidə iməcilik təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, aksiyada iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə müsahibəsində ətraf mühitin mühafizəsi, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, bioloji müxtəlifliyin qorunub saxlanılmasının vacibliyini bildirmişdir.
Nazir demişdir ki, ərazilərin tullantılardan təmizlənməsi bizim işimiz deyildir. Bugünkü tədbirdə məqsəd əhalinin diqqətini ekoloji problemlərə yönəltmək, insanların ətraf mühitə münasibətini dəyişdirməkdir. Hər bir vətəndaş yaşadığı ərazini təmiz saxlamağa borcludur. Sərt qadağalara tərəfdar olmadığını deyən nazir insanların şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmışdır.
Nazir H.Bağırov aksiya zamanı qəsəbə sakinləri ilə də ətraf mühitin qorunması ilə bağlı söhbət aparmışdır.
ETSN-in əməkdaşları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ağır texnikanın köməyi ilə ərazini məişət tullantılarından təmizləmişlər.
Nazirlik Ümumdünya Ətraf Mühit Günü münasibətilə tədbirləri davam etdirəcəkdir. Bakıda və regionlarda iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq göstəriləcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]