BALAKƏN ŞƏHƏRİNƏ YENİ SU XƏTTİ ÇƏKİLİR
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhər əhalisinin içməli su ilə təminatını daha da yaxşılaşdırmaq üçün tezliklə Siltikçaydan su qəbuledici və təmizləyici qurğuların tikintisinə, həmin mənbədən rayon mərkəzinə 7,7 kilometr uzunluğunda su xəttinin çəkilişinə başlanılacaqdır. Müvafiq hazırlıq işləri başa çatmaq üzrədir. Tikinti işlərini Dövlət Neft Şirkəti maliyyələşdirir.
Bu su xətti Balakən şəhərində inşa edilən xəstəxana kompleksini və yeni yaşayış massivini içməli su ilə tam təchiz edəcəkdir. Su xəttinin cari ilin noyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.