BALAKƏNDƏ AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ YENİ XİDMƏT BÖLMƏSİ FƏALİYYƏTƏ BAŞLADI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Balakən şəhərinin mərkəzində müasir standartlara uyğun inşa edilmiş binada yerləşən bölmə müştərilərə xidmətin səviyyəsini yüksəltmək və bank əməliyyatlarının çevikliyini təmin etmək üçün ən müasir avadanlıqla təchiz edilmişdir. Binada quraşdırılmış peyk antenası respublikadaxili və xarici köçürmələrin daha operativ həyata keçirilməsinə imkan yaradır. Pensiya və müavinətlərin alınması üçün kart sahibləri bankın əməliyyat zalında qoyulmuş POS terminaldan istifadə edirlər. Plastik kart sahiblərinin işini daha da asanlaşdırmaq üçün isə tezliklə xidmət bölməsinin həyətində yeni bankomat quraşdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]