BALAKƏNDƏ “GƏNCLƏR EVİ”NİN TİKİNTİSİNƏ BAŞLANILMIŞDIR
Balakən, 25 aprel (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin sifarişi ilə Balakən şəhərində “Gənclər evi”nin tikintisinə başlanmışdır.
Binanın təməlinin qoyulması münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışmış, gənclərin fəal surətdə dövlət quruculuğu prosesinə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradıldığını xüsusi vurğulamışdır. İcra başçısı əmin olduğunu bildirmişdir ki, şübhəsiz, bu obyekt rayon gənclərinin asudə vaxtının mənalı və səmərəli təşkilinə öz töhfəsini verəcəkdir.
Sonra rayon rəhbərliyi və gənclərin nümayəndələri binanın özülünə ilk beton qarışığını tökmüşlər. İkimərtəbəli binada konfrans və trenajor zalları, kompyuter otağı, kafe və digər otaqlar olacaqdır. Binanın həyətində transformator məntəqəsi, qazanxana, su anbarı və digər yardımçı tikililər inşa ediləcəkdir.
Bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan obyektin tikintisini “Şirvan-S” Elmi İstehsalat Kommersiya Şirkətinin inşaatçıları həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]