Balakəndə indiyədək 40 min tondan çox dən qarğıdalı istehsal olunub
Balakən, 27 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Builki mövsümdə rayonun fermerləri 7 min 515 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 6 min 688 hektar sahənin məhsulu yığılıb, 40 min 462 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 60,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Sektor müdirinin sözlərinə görə, cari mövsümdə rayonda dən qarğıdalı istehsalının 45 min tona çatacağı proqnozlaşdırılır.
Rayonun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də davam edir. Cari mövsümdə rayonda 1500 hektar sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri indiyədək 377 hektarı arpa, 99 hektarı buğda olmaqla, 476 hektar sahəyə toxum səpiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]