Balakənli gənclər “Gənclər Ordusu” düşərgəsində
Balakən, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 24-25-də Balakən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənclər Ordusu” adlı düşərgə təşkil olunub. Silahlı Qüvvələr Günü ərəfəsində Balakən Gənclər Evi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri düşərgədə 40-dək fəal gənc, məktəbli, tələbə və könüllü iştirak edib.
Gənclər Evindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iki gün davam edən düşərgədə müxtəlif mövzuda təlimlər, intellektual və əyləncəli oyunlar, seminarlar keçirilib, Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub. Düşərgə iştirakçıları asudə vaxtlarını mənalı və səmərəli keçiriblər.