Bankə məntəqəsində suyun səviyyəsi 18 santimetr artıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 127 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Bu məntəqədə su sərfi saniyədə 94 kubmetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsinin 13 santimetr artdığı müəyyən edilib. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb. Kür çayının Bankə məntəqəsində isə suyun səviyyəsində 18 santimetr artım qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 362, Şirvanda 237, Salyanda 200, Bankədə 191, Novruzlu məntəqəsində isə 84 santimetrdir.