BANKLAR SİNDİKATI BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ ÜÇÜN 1 MİLYARD DOLLAR AYIRMIŞDIR
Xəzər neftinin Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanı vasitəsilə dünya bazarlarına daşınması üçün nəzərdə tutulan və nəqletmə gücü ildə 50 milyon ton olan bu boru kəmərinin inşası 70 faiz beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilir.
Layihənin operatoru – BTC şirkətinin icraçı direktoru Maykl Taunsendin sözlərinə görə, bu axırıncı bağlaşma üzərində təxminən iki il iş aparılmışdır. O, jurnalistlərə demişdir: “Bu, özəl sektorda ən böyük maliyyə əqdlərindən biridir”.
Banklar sindikatına Mizuho (Yaponiya), Societe Generale (Fransa), ABN Amro (Hollandiya) və Citicorp (ABŞ) başçılıq edirlər. Sindikata müxtəlif ölkələrin 11 bankı da daxildir. Hər bank təxminən 68 milyon dollar ayırmışdır.