BANM ilə “SABAH City” texnoparkı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 8 aprel, AZƏRTAC
SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımovla keçirilən görüşdə “SABAH City” texnoparkı və əməkdaşlıq perspektivləri müzakirə edilib. Təhsil və innovasiya sahəsində yeni layihələrin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.
Görüşdə, həmçinin SABAH.HUB-ın İdarə Heyətinin üzvü Fərhad Paşayev, Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov və qurumun əməkdaşı Abutab Abbasova iştirak ediblər.