Banqladeşdə britaniyalı deputat barəsində həbs qərarı çıxarılıb
London, 14 aprel, AZƏRTAC
Banqladeşdə Korrupsiyaya qarşı Mübarizə Komissiyası (ACC) Britaniyanın Leyboristlər Partiyasından olan parlament üzvü Tulip Siddiq barəsində həbs qərarı çıxarıb.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, deputat Banqladeşin paytaxtı Dəkkədə yerləşən torpaq sahəsini qanunsuz əldə edib.
Tulip Siddiqin vəkilləri bu iddiaların tamamilə yalan olduğunu bildirib və qeyd ediblər ki, onun barəsində ittiham irəli sürmək üçün heç bir əsas yoxdur.
Xatırladaq ki, Tulip Siddiq bu ilin əvvəlində Maliyyə Nazirliyindəki vəzifəsindən istefa verib. Onun istefası Banqladeşdə ötən il devrilmiş Şeyx Hasinanın hökuməti ilə əlaqələrinin Baş nazirin etika müşaviri tərəfindən araşdırılmasından sonra baş verib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]