Banqladeşdə COVID-19 səbəbindən ölkə üzrə birhəftəlik qapanma elan edilib
Pekin, 5 aprel, AZƏRTAC
Banqladeşdə son günlər COVID-19 infeksiyasına yoluxmaların xeyli çoxalması səbəbindən ölkə üzrə birhəftəlik qapanma elan edilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu dövrdə ictimai nəqliyyatın hərəkəti, dövlət qurumlarında və özəl sektorda iş fəaliyyəti dayandırılıb. Hökumət aprelin 5-dən başlayan qapanma rejiminin yoluxmaların sayını nəzarət altına almağa kömək edəcəyini güman edir.
Qeyd edək ki, hazırda Banqladeşdə pandemiyanın üçüncü və ən güclü dalğası müşahidə olunur. Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsi ötən gün ölkədə virusa 7087 yoluxma qeydə alındığını açıqlayıb. Bu rəqəmin pandemiya dövründə Banqladeşdə yeni antirekorddur. İndiyədək ölkədə 637 mindən çox yoluxma, 9266 ölüm qeydə alınıb. Yoluxanların 86,68 faizi sağalıb, 1,45 faizi isə vəfat edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]