“Barselona” klubu tarixində ilk dəfə Avstraliyada oyun keçirəcək
Bakı, 6 aprel, AZƏRTAC
“Barselona” klubu tarixində ilk dəfə Avstraliyada oyun keçirəcək.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, mövsüm başa çatdıqdan sonra İspaniya təmsilçisinin Avstraliyada yoxlama görüşü təşkil olunacaq.
Xavi Ernandesin yetirmələri mayın 25-də Avstraliya liqasının ən yaxşı futbolçularından (A-Leagues All Stars) ibarət komandası ilə qarşılaşacaq. Oyun Sidneydəki 80 min tamaşaçı tutumuna malik “Accor” stadionunda olacaq.
Xatırladaq ki, əvvəllər “Barselona”nın heç bir komandası istər peşəkar, istərsə də həvəskar səviyyədə Avstraliyada oyun keçirməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]