“Barselona” klubunun rəhbərliyi futbolçu Osman Dembeleyə ultimatum verib
Bakı, 19 noyabr, AZƏRTAC
İspaniyanın “Barselona” klubunun rəhbərliyi komandanın fransalı futbolçusu Osman Dembeleyə ultimatum verib.
AZƏRTAC “Sport” idman nəşrinə istinadla xəbər verir ki, buna futbolçunun intizamsız davranışları səbəb olub. O.Dembele intizamsız davranmağa davam edəcəyi halda komandadan kənarlaşdırılacaq.
Bununla yanaşı, Kataloniya təmsilçisi Dembelenin yay transfer pəncərəsində satış imkanlarını nəzərdən keçirməyə hazırlaşır. İspaniya klubu bu keçid üçün ən azı 100 milyon avro qazanmağı planlaşdırır.
O.Dembele komandanın bütün məşqlərinə və toplanışlarına gecikir. Bu isə klub rəhbərliyini, futbolçuları və məşqçi heyətini narahat edir.
Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yayında Almaniyanın “Borussiya Dortmunt” klubundan “Barselona”ya keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]