Baş nazir Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında iqtisadi-ticari əməkdaşlığın, investisiya fəaliyyətinin və sənaye kooperasiyasının aktual məsələləri nəzərdən keçirilib. Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilən növbəti iclasının əhəmiyyəti qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:55]
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 09.06.2026 [09:33]