Baş prokuror Şabranda vətəndaşlarla görüşəcək
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev sentyabrın 1-də saat 10:00-da Şabran Rayon Prokurorluğunun inzibati binasında Şabran, Siyəzən və Xızı rayon sakinləri ilə görüşəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Qeyd edilib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, *[email protected]* elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:14]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [18:50]