Baş prokuror Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib





Xankəndi, 14 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Aprelin 14-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi şəhər prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub.
Baş prokuror çıxışında, həmçinin işğaldan azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Kamran Əliyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə hüquq-mühafizə sisteminin fəaliyyəti dövlətin suverenliyinin və hüquqi təsisatlarının real təcəssümüdür.
Müşavirə çərçivəsində xüsusi vurğulanan məsələlərdən biri də yerli əhali ilə qarşılıqlı etimada əsaslanan hüquq münasibətlərinin qurulması və cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [20:22]
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var
- 17.04.2025 [19:35]
Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub
- 17.04.2025 [18:50]
300 bal toplayan naxçıvanlı şagird: Məqsədim maliyyəçi olmaqdır
- 17.04.2025 [18:33]
Şabranda seldə batan daha bir nəfərin meyiti aşkarlanıb
- 17.04.2025 [17:15]
Ağdamda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
- 17.04.2025 [16:52]
Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon manatı ötüb
- 17.04.2025 [16:32]