Baş Prokurorluq: ANAMA-nın əməkdaşı minaya düşüb
Bakı, 14 noyabr, AZƏRTAC
Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, noyabrın 14-də saat 19 radələrində partlamamış̧ silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş̧ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış̧ keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]