“Başakşəhər” iki futbolçu ilə heyətini gücləndirib
Bakı, 1 fevral, AZƏRTAC
İstanbulun “Başakşəhər” futbol klubu iki futbolçunun transferini reallaşdırıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Kazanın “Rubin” klubunun 31 yaşlı müdafiəçisi Fyodor Kudriyaşovu və Almaniyanın “Hannover 96” klubunun 20 yaşlı hücumçusu, türkiyəli Mete Kaan Demiri heyətinə qatıb. Rusiyalı müdafiəçi 2020-ci ilin iyununadək klubla müqavilə imzalayıb. Türkiyəli hücumçu isə 2022-ci ilin yayınadək “Başakşəhər”in formasını geyinəcək. Lakin Mete Kaan Demiri 2020-ci ilə qədər icarə əsasında “Eskişəhərspor”da çıxış edəcək.