BASKETBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONATINDA 6-CI TURUN OYUNLARI KEÇİRİLMİŞDİR
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, komandalar arası ölkə çempionatında birinci dairənin 6-cı turunun oyunları keçirilmişdir. Aşağıdakı nəticələr qeydə alınmışdır: “Qala”-“AzTOP” 108:71, “Aki İnter”-“Kəpəz” 89:44, “AzTU”-“Xəzər” 74:52.
Hazırda “Qala” və “Xəzər” komandaları hərəyə 10 xalla 1-ci, “AzTOP”, “Aki İnter” və “AzTU” komandaları 8 xalla 2-ci , “Kəpəz” və “Xəzər” komandaları isə 5 xalla 3-cü yerlərdədirlər.
Birinci dairənin sonuncu turunun oyunları yanvarın 24-də keçiriləcəkdir. 7-ci turda “Kəpəz”-“Xəzər”, “Aki İnter”-“AzTOP” və “Qala”-“Araz” komandaları görüşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]