Basketbolçular arasında 19-cu turun açılış oyununda "AAAF Xırdalan" komandasından vacib qələbə
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi” və "AAAF Xırdalan" basketbolçuları arasında 19-cu turun açılış oyunu olub.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın ilk hissəsində bərabər mübarizə getsə də, ikinci hissədə üstünlük əldə etmiş Xırdalan basketbolçuları yekunda 73:66 hesablı qələbə qazanıblar. Matçda ən məhsuldar basketbolçular "Sərhədçi” (Maksvel Starvud - 24 xal, 4 ribaund) və "AAAF Xırdalan BK" (Endryu Korum - 20 xal, 13 ribaund) olublar.
Qeyd edək ki, 19-cu turun digər oyunları ("NTD" - "Sabah", "Gəncə" - "Neftçi", "Olimpik Şəki" - "Zirvə Astara") fevralın 23-də, 25-də və 26-da keçiriləcək.