Batumi UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə əlavə olunacaq
Tbilisi, 7 iyun, AZƏRTAC
Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə əlavə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze məlumat verib.
Onun sözlərinə görə, Parisdə beynəlxalq təşkilatların nümayəndələri ilə aparılan danışıqlar uğurla nəticələnib. "Əldə olunan razılığa əsasən, Batumi Avropanın digər görkəmli şəhərləri ilə yanaşı, yaradıcı şəhərlər siyahısına daxil ediləcək. Bu, Gürcüstanın dünya mədəniyyət və turizm xəritəsində mövqeyinin gücləndirilməsi deməkdir”, - deyə komitə sədri vurğulayıb.
Qeyd edək ki, “Yaradıcı şəhərlər şəbəkəsi” 2004-cü ildə təsis edilib. 2017-ci ildə Azərbaycanın Şəki şəhəri bu siyahıya daxil olunub. Hazırda şəbəkəyə 246 şəhər daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]