Baxımsız və kimsəsiz uşaqların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlər görüləcək
Bakı, 3 iyun, AZƏRTAC
Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönəldilməsi istiqamətində tədbirlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.
Strategiyada, həmçinin qeyd olunur ki, qəyyumluğa, himayəyə və övladlığa götürülmüş uşaqların sonrakı təhsil, tərbiyə və sağlamlıq vəziyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı mövcud mexanizm təkmilləşdiriləcək.
Xatırladaq ki, Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, respublika ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]
Tədqiqatlarda süni intellektin tətbiqi
- 09.10.2026 [16:37]
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]
“Ədəbiyyat aləminə səyahət” - kitab sərgisi
- 09.10.2026 [15:35]