Bayden dövründə ABŞ-a 100 min Əfqanıstan vətəndaşı gəlib
Bakı, 1 dekabr, AZƏRTAC
Cozef Bayden administrasiyası Birləşmiş Ştatların tarixində ən ciddi milli təhlükəsizlik böhranlarından birini yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bildirib. Onun sözlərinə görə, 2021-2025-ci illərdə müxtəlif səbəblərdə Birləşmiş Ştatlara təxminən 100 min Əfqanıstan vətəndaşı gəlib.
"Bayden administrasiyası Əfqanıstandan qoşunları çıxarmaqla Amerika tarixinin ən ciddi milli təhlükəsizlik böhranlarından birini yaratdı. Bayden 100 minə yaxın Əfqanıstan vətəndaşını yoxlamadan, onların kimliyini və niyyətlərini müəyyən etmədən ölkəmizə buraxdı”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, Prezident Donald Trampın prioritetlərindən biri əvvəlki administrasiyanın bu yanlış qərarlarının nəticələrini aradan qaldırmaqdır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hazırda ölkədəki bütün Əfqanıstan vətəndaşları haqqında məlumatları aktiv şəkildə yoxlayır.
Vaşinqtonun fikrincə, 2021-ci ildə qoşunlar çıxarıldıqdan sonra ABŞ-a gələn 5000-dən çox Əfqanıstan vətəndaşı ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]