BDU-da Bilik Günü münasibətilə kitab sərgisi hazırlanıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası tərəfindən 15 sentyabr - Bilik Günü münasibətilə kitab sərgisi hazırlanıb.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, sərgidə Azərbaycanın təhsil sistemi, elm və təhsil tarixi, təhsilin inkişaf strategiyası və digər mövzularda 100-ə yaxın kitab nümayiş olunur.