ELM VƏ TƏHSİL
BDU-da “Cütlük münasibətləri” mövzusunda təlim
Bakı, 17 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Cütlük münasibətləri” mövzusunda təlim təşkil edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Təlimdə ailədaxili münasibətlər, davranışlar, baş verən problemlər geniş təhlil edilib. Qeyd olunub ki, ailədaxili münasibətlərdə səmimiyyət, sevgi, qayğı, qarşılıqlı məsuliyyət fərdlərin fiziki və psixoloji baxımdan sağlam inkişafının əsas şərtidir.
Sonra tələbələrlə “Cütlük münasibətlərində doğru bildiyimiz yanlışlar”, “Emosional münasibətlərdə manipulyasiya” mövzularında fikir mübadiləsi aparılıb, ailədaxili münasibətlərlə bağlı onların fikirləri dinlənilib.
Təlimin praktik hissəsində tələbələr emosional ehtiyaclar barəsində suala cavab yazıblar.