BDU-da müxtəlif növ bitkilərin mikromorfologiyası mikroskopik üsullarla tədqiq olunub
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) müxtəlif növ bitkilərin mikromorfologiyası mikroskopik üsullarla tədqiq olunur.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Nepeta cinsinin tozcuqlarının mikromorfologiyası, tozcuq dənələrinin quruluşu və xüsusiyyətlərinin mürəkkəb detalları tədqiq edilib. Nepeta cinsinin 18 növünün tozcuq dənələri skanedici elektron mikroskopu (SEM) və işıq mikroskopu (IM) vasitəsilə tədqiq olunub. Cinsə aid bitkilərin təkamül və taksonomik aspektləri üzrə alınmış nəticələr botanika sahəsində çalışan tədqiqatçılar tərəfindən məlumat mənbəyi kimi istifadə oluna bilər.
BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın həmmüəllifi olduğu “Nepeta cinsinə mikrometrik baxış: tozcuğun mikromorfologiyasının aşkar edilməsi” adlı elmi məqalə həmin tədqiqatlardan bəhs edir.
Məqalə “Scopus” və “Web of Science” bazasına daxil olan “Micron” (IF: 2.3) jurnalında dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]