BDU-da “Qurtuluşumuzun memarı” adlı kitab sərgisi təşkil edilib
Bakı, 14 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı “Qurtuluşumuzun memarı” adlı kitab sərgisi təşkil edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, atdığı hər addımında daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev və onun hərtərəfli fəaliyyəti haqqında Azərbaycan, rus və ingilis dillərində 100-dən çox kitab nümayiş olunur. Sərgidə nümayiş olunan “Azərbaycanın qurtuluş tarixi”, “Qurtuluşdan tərəqqiyə” və s. kimi nəşrlər oxucular tərəfindən böyük marağa səbəb olub.
Yetişməkdə olan gənc nəslin Milli Qurtuluş Gününün əhəmiyyətini daha dərindən anlamasına xidmət edən sərgi bu həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:30]